İctimai Televiziya və Radio Yayımları Şirkəti yıxılan əməkdaşı ilə bağlı məlumat yayıb.
Lent.az-a daxil olan məlumatda qeyd edilir ki, bu gün təxminən saat 12:40-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxılıb:
“Şirkət əməkdaşları dərhal Təcili Tibbi yardım çağırıb və R.Babayev xəstəxanaya aparılıb. Hazırda həkimlərin nəzarətindədir.
Qeyd edək ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb.
Bununla bağlı müvafiq orqanlara məlumat verilib”
***
13:38
Bakıda “İctimai” televiziyasının binasında xoşagəlməz hadisə baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, televiziyanın əməkdaşı binanın 6-cı mərtəbəsindən yıxılıb. Rasim adlı əməkdaş 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Bu xəbəri Mərkəzdən Lent.az-a təsdiqlədilər. Bildirilir ki, vəziyyəti ağırdır.
Hadisənin intihar olduğu, yaxud ehtiyatsızlıqdan baş verdiyi hələ ki məlum deyil.
Xəbər barədə əlavə məlumat verəcəyik.