“Azərişıq”ın əməkdaşı YANDI: vəziyyəti ağırdır
12 mart 2020 14:23 (UTC +04:00)

“Azərişıq”ın əməkdaşı YANDI: vəziyyəti ağırdır

0

Gəncədə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı iş zamanı ağır yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunun məlumatına görə, "Azərişıq"ın əməkdaşı, 37 yaşlı Abbasov İlkin Məsim oğlu şəhərin İnşaatçılar küçəsində elektrik naqillərində yaranmış nasazlığı aradan qaldırarkən naqillərdə alışma baş verib. Nəticədə İlkin Abbasov ağır yanıq xəsarəti alıb.

Xəstəxanaya çatdırılan elektrikə 3 və 4-cü dərəcəli texniki termik yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olduğu üçün İ. Abbasov Bakıdakı xəstəxanalardan birinə göndərilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1698

Oxşar yazılar