Evdə elə əşyalar var ki, onlara göstərilən kiçik diqqət sayəsində daha uzun müddət istifadə edə biləcəyimizə zəmin yaradır. Məsələn, paltaryuyan maşın. Evdə ən çox istifadə olunan və təmizliyimizə xidmət edən bu əşyaya diqqətsiz yanaşsaq, mikrob yuvasına çevrilə bilər. Necə?
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, hər şey onun qapısından başlayır. Belə ki, maşının qapısını yalnız yuma müddətinə bağlamaq lazımdır. Əks halda havasızlıq və nəmlik paltaryuyan maşında bir sıra fəsadlar yaradar.
Məişət texnikası xidmətinin mütəxəssisləri izah edirlər ki, bu, maşınları təmir etməyə gələndə izah edəcəyimiz ilk şeydir. Bir neçə saat və ya gün ərzində sıx bağlanarsa, müxtəlif problemlər yarana bilər.
Məsələn, içərisindəki bakteriyalar çoxalmağa başlayır və kif yaranır. Axı, maşını içəridən quru silə bilməzsən. Nəmin buxarlanması üçün heç bir yer yoxdur, buna görə bakteriya və göbələklər üçün yaxşı mühit yaranmış olur.
Zamanla əsl problemə çevrilən bakteriya və kirlərin çoxluqları yaranır. Tez-tez qapıdakı sıxlaşdırıcıları dəyişdirməli olursunuz. Ancaq bunun qarşısını, sadəcə qapısını bir qədər aralı saxlamaqla almaq olar.
Sıxlaşdırıcılarla əlaqəli problemlərlə yanaşı, xoşagəlməz bir qoxu da yaranır. Əgər təmiz maşında nəm paltarları rahatlıqla 8-12 saat qoymaq mümkündürsə, bakteriya koloniyalarının yarandığı yerdə 3-5 saatdan sonra paltarlar kiflənəcək. Bu statistikanı tam ciddiyətlə "Whirlpool Institute of Fabric Science" tədqiqatçıları aparıb.
8-12 saat ərzində paltarda kifin və arzu edilməyən qoxuların meydana gəlməsi ehtimalı azdır. Əgər paltarlar maşında daha uzun müddət qalırsa, yenidən yuyulmalıdır.