
Kiçik qonaq otaqlarını necə dekorasiya etməli?

Çoxumuzun evində kiçik qonaq otaqları var. Kiçik evlərdə dekorasiya etmək və gözə xoş gələn məkanlar yaratmaq daha çətin ola bilər. Bu yazımızda kiçk qonaq otaqları üçün dekorasiya nümunələri və fikirləri sizləri gözləyir. Kiçik bir qonaq otağını yaxşı dizayn etmək üçün bir neçə şeyə diqqət yetirmək lazımdır.
Lent.az xarici KİV-ə istinadən bəzi ipuclarını təqdim edir. Əvvəlcə mebellərin, əşyaların ölçüsü və sayını dəqiqləşdirin. Otağınıza bütün mebelləri sığdırmağa çalışmayın. Bəzi insanlar başqaları olmadığını düşünməsin deyə bütün dəsti otağa yerləşdirməyə çalışır. Ancaq bilmək lazımdır ki, mebel sayını azaltsanız, daha işıqlı evə sahib olacaqsınız.
İkinci məsələ isə rənglərdir. Canlı və tünd rənglər daha tez ön plana çıxır. Əgər divar və pərdələrdə canlı rənglərdən istifadə edəcəksinizsə, otağınızın daha kiçik və dar görünəcəyini əvvəlcədən nəzərə almalısınız. Arxa planda solğun və açıq rənglər istifadə edin.
Otağın mərkəzinə doğru canlı rənglərdən istifadə etməyə başlaya bilərsiniz. Beləcə, otağa bir dərinlik qazandırmaq olar və otağınız daha geniş görünə bilər.

Lamiyə Məmmədova
Oxşar yazılar

Zibil ilə dolu ev: uşaqlara it əti yedizdirən ana - FOTOLENT
27 yanvar 2021 , 19:30
Təbii qidalardan təmizlik vaistəsi - FOTOLAR
27 yanvar 2021 , 17:51
Bu ilin trend xalçaları- Fotolent
18 yanvar 2021 , 13:30
Qışda ev güllərinə qulluq: Bu qaydalara DİQQƏT
14 yanvar 2021 , 18:52Evinizdə sizi yoran 8 səbəb
12 yanvar 2021 , 11:40
"Dünyanın ən qorxunc mənzili" satışa çıxarıldı - FOTO
11 yanvar 2021 , 19:32
Evimizə uğur gətirən güllər- Fotolar
11 yanvar 2021 , 12:56