Müasir aktiv həyat tərzi üçün nəzərdə tutulmuş ayaqqabıların – xüsusilə idman ayaqqabıları, kedlər və sliponların – böyük əksəriyyəti düzgün yanaşma və əsas tövsiyələrə əməl olunmaqla paltaryuyan maşında yuyulmağa dözümlüdür.
Lent.az bununla bağlı bəzi məlumatları sizə təqdim edir:
Lakin aşağıdakı növ ayaqqabıları paltaryuyana qoymaq olmaz:
təbii dəridən,
zamşdan,
laklı materiallardan,
süni dəridən hazırlanan modellər,
eləcə də taxta və ya metal detallar olan ayaqqabılar. Bu cür ayaqqabılar formalarını və funksiyalarını itirə bilər, onların görünüşü isə geri dönməz şəkildə zədələnə bilər.
Yumağa başlamazdan əvvəl:
Altlıqdakı palçıq və çirki təmizləyin. İpləri və içlikləri çıxarın – onları ayrı yumaq daha məqsədəuyğundur. Ayaqqabını və maşını qorumaq üçün xüsusi yuma torbası və ya sadə yastıq üzü istifadə edin. Bir neçə dəsmal əlavə edin – bu, fırlanma zamanı zərbəni yumşaldır və texnikaya düşən yükü azaldır.
Paltaryuyan maşın üçün tövsiyə edilən rejim:
Zərif yuma rejimi (delikatnyy),
Su temperaturu maksimum 30 °C,
400–600 dövrə/dəq fırlanma,
Sıxma funksiyası olmadan (centrifuqasız).
Yuma vasitəsi olaraq:
Toz yuyucu əvəzinə maye yuyucu vasitə seçin – bu, suda daha yaxşı həll olur və parçada iz qoymur. Lakin yadda saxlayın: səhv edilən ayarlar ciddi nəticələrə səbəb ola bilər — formanın deformasiyası, yapışqan qatların sıradan çıxması, amortizasiya elementlərinin dağılması və ya dəridən/zamşdan olan hissələrin korlanması. Belə hallarda ən etibarlı alternativ — əl ilə yumaqdır, yumşaq fırça və sabunlu su ilə.
Qurudulma mərhələsi də az önəmli deyil:
Ayaqqabını radiator üzərinə və ya birbaşa gün işığına qoymaq olmaz — bu, materialın büzüşməsinə, çatlamasına və formasının pozulmasına səbəb ola bilər. Daxilini qəzet və ya salfetlə doldurun və yaxşı havalanan məkanda təbii şəkildə qurumasını təmin edin.