Zəlzələdə türkiyəli müxbir və ailəsi həlak oldu
10 fevral 2023 02:26 (UTC +04:00)

Zəlzələdə türkiyəli müxbir və ailəsi həlak oldu

Anadolu Agentliyinin (AA) müxbiri Burak Milli və ailə üzvləri dağıdıcı zəlzələ nəticəsində dünyasını dəyişib.

Bu barədə Lent.az Anadolu Agentliyinə istinadən xəbər verir.

Burak Milli (31 yaş), həyat yoldaşı Ayşen Milli (30 yaş) və 5 aylıq qızları Eylul Lina ölkənin cənubundakı İskəndərun şəhərinin İbrahim Karaoğlanoğlu küçəsində yerləşən evlərinin dağıntıları altında qalıb. 

Xilasedicilər jurnalistin və onun ailə üzvlərinin cəsədlərini zəlzələdən yalnız dördüncü gündə çıxara biliblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1863
avatar

Oxşar yazılar