Zəlzələ dağıntılarında oğurluq edənləri DRON GÖRÜNTÜLƏDİ
19 fevral 2023 01:10 (UTC +04:00)

Zəlzələ dağıntılarında oğurluq edənləri DRON GÖRÜNTÜLƏDİ

Türkiyənin Qaziantep vilayətinin İslahiye rayonunda zəlzələ dağıntıları altından oğurluq edən şübhəlilər müəyyən ediliblər.

Lent.az xəbər verir ki, bu barədə “Ensonhaber” məlumat yayıb.

Polisin bölgədə kəşfiyyat və müşahidə fəaliyyəti üçün istifadə etdiyi “Bayraktar TB2” tipli pilotsuz uçuş aparatı iki nəfərin şübhəli şəkildə qalıqlarda axtarış apardığını müəyyən edib.

Dağıntılar üzərində gəzən şübhəlilərin topladıqları materialların bir hissəsini ağ rəngli avtomobilə qoyduqları müəyyən edilib.

PUA tərəfindən təqib edilən şübhəlilər aidiyyatı birliklərə məlumat verildikdən sonra polislər tərəfindən yerində saxlanılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3153
avatar

Oxşar yazılar