Zelenskidən 333 rusiyalıya qarşı SANKSİYA
19 fevral 2023 23:46 (UTC +04:00)

Zelenskidən 333 rusiyalıya qarşı SANKSİYA

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının 333 rusiyalıya və Moskva birjasına qarşı sanksiya tətbiq etmək qərarını təsdiq edib.

Lent.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, müvafiq fərman dövlət başçısının saytında dərc olunub.
Prezident fərmanı ilə 333 Rusiya vətəndaşına və Moskva Birjasına qarşı sanksiya tətbiq edilib.

10 il müddətində qüvvədə olacaq sanksiyalara aktivlərin bloklanması, ticarət əməliyyatlarının tamamilə dayandırılması, kapitalın Ukraynadan çıxarılmasının qarşısının alınması, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması Ukraynada fəaliyyət üçün lisenziyaların və digər icazələrin dayandırılması və Ukraynanın dövlət mükafatlarından məhrum edilməsi daxildir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1377
avatar

Oxşar yazılar