Ukrayna Prezidenti Vladimir Zelenski Bratislavadan Slovakiya Hərbi Hava Qüvvələrinin inventarından çıxarılan MiQ-29 qırıcılarını Kiyevə təhvil verməyi xahiş edib.
Lent.az-ın məlumatına görə, bu barədə TASS xəbər agentliyi məlumat yayıb.
Ukrayna lideri AB-nin fövqəladə sammiti çərçivəsində Slovakiyanın baş naziri vəzifəsini icra edən Eduard Heqerlə görüşüb.
Heqer cavabında bildirib ki, Slovakiya bu tələbi yerinə yetirmək üçün əlindən gələni edəcək.