Fransa prezidenti Emmanuel Makron bazar günü ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı keçirib. Liderlər Kiyevə hərbi yardımın gücləndirilməsi və sürətləndirilməsi məsələsini müzakirə ediblər.
Lent.az-ın məlumatına görə, bu barədə BFM TV Yelisey sarayının mətbuat xidmətinə istinadən məlumat yayıb. TV xəbər verir ki, prezidentlər “Ukraynaya hərbi dəstəyin gücləndirilməsi və sürətləndirilməsinin zəruriliyi ilə bağlı avropalı tərəfdaşlar və NATO ölkələrinin Münxen Təhlükəsizlik Konfransı zamanı üzərinə götürdüyü öhdəlikləri müzakirə ediblər”.