Zelenski ABŞ-ın təklif etdiyi sazişi imzalamaqdan niyə imtina etdi? - Təfərrüat
18 fevral 2025 05:35 (UTC +04:00)

Zelenski ABŞ-ın təklif etdiyi sazişi imzalamaqdan niyə imtina etdi? - Təfərrüat

Kiyevin imzalamaqdan imtina etdiyi mineral ehtiyatlara dair saziş layihəsi ölkəni ABŞ-nin iqtisadi müstəmləkəsinə çevirəcəkdi.

Lent.az xəbər verir ki, sənədin mətnini nəzərdən keçirən Britaniyanın “The Daily Telegraph” qəzeti qeyd edib ki, müqavilənin şərtləri Ukrayna üçün Almaniyanın Birinci Dünya Müharibəsində məğlubiyyətindən sonra qalib dövlətlərə ödəməli olduğu təzminatlardan daha çətin olardı.

Nəşr qeyd edi rki, saziş təkcə Ukraynanın nadir torpaq metal ehtiyatlarının yarısının ABŞ-yə verilməsini nəzərdə tutmur, həm də Vaşinqtona Ukraynanın neft və qaz daxil olmaqla, qazıntı ehtiyatlarının əksəriyyətinə, habelə logistika infrastrukturuna nəzarətə imkan verəcəkdi.

Sazişlə yaradılması nəzərdə tutulan Yenidənqurma İnvestisiya Fondu Ukraynada faydalı qazıntıların çıxarılması sahəsində bütün layihələrin həyata keçirilməsi üçün metodologiya, meyarlar və şərtləri müəyyən etməklə bağlı müstəsna hüquqa malik olacaqdı.

Sazişdə göstərilir ki, Birləşmiş Ştatlar Ukrayna tərəfindən açılan məhkəmə iddialarına qarşı suveren toxunulmazlığa malik olacaq və istənilən mübahisə Nyu-York ştatının qanunlarına uyğun olaraq həll edilməlidir.

Qəzet ABŞ-nin təklifinin Kiyevi heyrətləndirib və panikaya səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2528

Oxşar yazılar