Fransada “Stellantis” avtomobil zavodunda 40-dan çox avtomobil yanıb.
Lent.az xəbər verir ki, bu barədə “France Press”məlumat yayıb.
Müəssisənin mühafizəsi fevralın 12-də saat 4:30-da (Bakı vaxtı ilə 7:30) zavodun anbarının ərazisinə bir nəfərin daxil olduğunu aşkar edib. Təhlükəsizlik bir nəfəri görsə də o, yanğın törədib qaça bilib.
52 avtomobil yanıb, onlardan 42-si tamamilə yanıb. Bunlar istehsal xəttindən yenicə çıxmış “Peugeot 3008” və 5008 modelləri idi.
Maşınlar günəş panellərinin altında saxlanmışdı ki, bu da alışıb və çox güman ki, yanğının yayılmasına səbəb olub.