Fransanın “Charlie Hebdo” jurnalının dünən yayımladığı qalmaqallı karikaturadan sonra Yunanıstan Türkiyəyə təsirli dəstək göstərib.
Lent.az xəbər verir ki, bu gün Yunanıstanın “Kathimerini” qəzeti Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini yad edərək, türk xalqının yanında olduqları mesajını verib. Həmçinin, yazıda “Hamımız türkük” ifadələri də istifadə edilib.
Digər tərəfdən Yunanıstan Dövlət Televiziya kanalı “ERT” səhər xəbərlərini “Ben Seni Sevduğumi” mahnısı ilə başlayıb.