Koreya Xalq Demokratik Respublikası (KXDR) uçuş məsafəsi 989 kilometr olan “Hvason-15” qitələrarası ballistik raketi buraxıb.
Lent.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
KCNA Şərq (Yapon) dənizi istiqamətində buraxılmış raketin maksimum 5 768,5 metr yüksəklikdə 989 kilometr məsafə qət edərək, şərti hədəfə çatdığını yazıb.
Raketin uçuş müddəti 4015 saniyə çəkib.