Yeni ölümcül  qızdırma   müəyyən edildi
15 fevral 2023 04:25 (UTC +04:00)

Yeni ölümcül qızdırma müəyyən edildi

 

Ekvatorial Qvineya səlahiyyətliləri ölkədə 10 nəfərin Marburq qızdırması epidemiyasından öldüyünü bildirib.

Lent.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Fevralın 14-də isə Ekvatorial Qvineya ilə həmsərhəd olan Konqonun cənubunda ölümcül virusa yoluxduğu güman edilən iki xəstə tapılıb.

Eyni zamanda, Konqo hakimiyyəti sərhəddə epidemioloji nəzarəti gücləndirib.

Marburq virusu insanlar arasında birbaşa təmasda yayılır və ştammdan və qəbul edilən dərmanlardan asılı olaraq 88%-ə qədər ölümcül olur.

İnfeksiyadan sonra insanın temperaturu kəskin şəkildə yüksəlir və baş ağrıları başlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2028
avatar

Oxşar yazılar