ABŞ-ın Luiziana ştatında yaşlı qadını zorlayan kişiyə hökm oxunub.
Lent.az xarici mediaya istinadən bildirir ki, Hammonddan olan 49 yaşlı Ronald Allen yaşı 65-dən çox olan qadına cinsi təcavüz etdiyi üçün 99 il həbs cəzasına məhkum edilib. O, 50 il cəzasının yüngülləşdirilməsini tələb edə bilməyəcək.
Hadisə 2020-ci il martın 14-də olub. Allen yalan vədlə ilə qadının evinə girib. Məlum olub ki, təqaüdçünün yaşı 80-dən yuxarı olub və o, demensiyadan əziyyət çəkirmiş. Onun ailə üzvləri hücum barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Allen zərərçəkmişin evindəki kamera görüntüləri sayəsində tezliklə həbs edilib.
Zərərçəkmiş sonradan zorlama ilə əlaqəli olmayan səbəblərdən ölüb.
Hakim Allen barəsində hökm çıxararkən onun əvvəllər də oxşar cinayətlərə görə məhkum edildiyini nəzərə alıb. Allen 2008 və 2018-ci illərdə nalayiq davranışa, eləcə də təcavüzə görə mühakimə olunub. Bu işlərin heç birində kişi özünü təqsirli bilməyib.