“Yaponiya tezliklə 400 rusiyalıya, eləcə də 20 rus təşkilatına qarşı sanksiya tətbiq edəcək”.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Fumio Kişida bildirib.
Baş nazir qeyd edib ki, Rusiya siyasətçiləri, o cümlədən Dövlət Dumasının deputatları, ayrı-ayrı hərbçilər məhdudiyyətlərə məruz qalacaq. Sanksiyaya məruz qalacaq təşkilatlar arasında hərbi infrastrukturlar da var.
“Hadisələr fonunda biz, həmçinin, Rusiya banklarına, xüsusən də “Sberbank” və “Alfa-Bank”a qarşı sanksiyaları genişləndiririk. Bunda başqa, ölkə Rusiyadan ağac, araq və bir sıra avtomobil texnikalarının idxalına məhdudiyyətlər tətbiq edəcək. Gələcəkdə Rusiyadan kömür idxalına da embarqo tətbiq edilə bilər”, - Kişida deyib.