Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Yaponiyanın şimalında 5,0 bal gücündə zəlzələ olduğunu bildirib.
Lent.az-ın xəbərinə görə, bu barədə agentliyin saytında məlumat yerləşdirilib.
Seysmoloqlar əlavə edib ki, təbii fəlakətin episentri əhalisi təxminən 173 min nəfər olan Obihiro şəhərindən 9 km aralıda, 112 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat, sunami təhlükəsi barədə məlumat verilməyib.