Yapon jurnalist Myanmada YOXA ÇIXDI
19 aprel 2021 06:20 (UTC +04:00)

Yapon jurnalist Myanmada YOXA ÇIXDI

Myanma hüquq-mühafizə orqanları etiraz aksiyalarını işıqlandıran yapon jurnalist Yuki Kitazumini saxlayıb.

APA “Kyodo” agentliyinə istinadən xəbər verir ki, 45 yaşlı jurnalist Yanqondakı evinin yaxınlığında saxlanılıb.

Bildirilib ki, Yaponiya diplomatlar hələ də jurnalistin yerini tapa bilməyiblər. Onun mobil Cib telefonuna zəng çatmır. 

O, bu ilin fevralında da Myanmada saxlanılmışdı, lakin dərhal sərbəst buraxılmışdı.

Qeyd edək ki, hazırda müstəqil jurnalist kimi çalışan Kitazumi əvvəllər Yaponiyanın aparıcı qəzetlərindən olan “Nikkei”də işləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1617
avatar

Oxşar yazılar