Pakistanın paytaxtı İslamabad şəhərində güclü yağışlar faciəyə səbəb olub.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sel şəhərin yollarını yuyub aparıb.
Yağıntının miqdarının çox olması ilə kanalizasiyalar iflic vəziyyətə düşüb. Nəticədə çirkab sularının şəhər yollarına axmasına səbəb olub. Hətta güclü yağışın təsirindən asfaltlar da çöküb. Kadrlardan da gördüyünüz kimi küçədə dayanan insanları yer "udub".
Sevinc Fərid