Liviyada 10 yaraqlı Mərkəzi Bankın inkassatorlarına basqın edərək, 54 milyon dolları ələ keçiriblər.
Lent.az-ın məlumatına görə, bu haqda «əl-Cəzirə» xəbər yayıb.
Telekanal bildirib ki, olay inkassatorlar Sirtdəki hava limanından pulu daşıyan zaman baş verib.
Olay nəticəsində xəsarət alan olmayıb. Liviya hakimiyyəti qəsdçiləri axtarışına başlayıb.