Yaponiyada qasırğa - 1 ölü, 35 yaralı
18 sentyabr 2017 05:58 (UTC +04:00)

Yaponiyada qasırğa - 1 ölü, 35 yaralı

Yaponiyanın qərb və cənub-qərb bölgələrində baş verən “Talim” qasırğa nəticəsində 1 nəfər ölüb, 35 nəfər xəsarət alıb

 

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, daha 3 nəfərin itkin düşdüyü bildirilir.

 

İlkin məlumata əsasən, Küsü və Sikoku adalarında daşqınlar və torpaq sürüşmələri qeydə alınıb, onlarla yaşayış evi su altında qalıb. Təbii fəlakətlə əlaqədar hava limanlarında 262 uçuş ləğv edilib.

 

Hazırda “Talim” qasırğası Hokkaydo adasına yaxınlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197

Oxşar yazılar