Yaponiyada bir neçə gündür davam edən anomal istilər 80 nəfərin ölümünə səbəb olub.
Lent.az sozcu.com.tr-yə istinadla bildirir ki, anomal istilərlə bağlı Yaponiya höküməti də hərəkətə keçib. Ölkədə təbii fəlakət saatı elan olunub. Artıq 13 gündür ki, ölkədə istilər 41, 6 dərəcədən aşağı düşmür.
Günvurmadan şikayətçi olan 30 mindən artıq insanın xəstəxanalara yerləşdirildiyi vurğulanır.
Qeyd edək ki, bir ay əvvəl sel və daşqınlar nəticəsində Yaponiyada 222 nəfər dünyasını dəyişmişdi.