Xarkovda separatçılara qarşı əməliyyat: "İsxod"un fəaliyyətinə son qoyuldu"
21 yanvar 2015 10:44 (UTC +04:00)

Xarkovda separatçılara qarşı əməliyyat: "İsxod"un fəaliyyətinə son qoyuldu"

Ukrayna güc strukturları Xarkov vilayətində xüsusi əməliyyat keçirərək “İsxod” adlı Rusiyayönümlü separatçı təşkilatın fəaliyyətinə son qoyublar.

 

APA-nın xəbərinə görə, bu barədə özünün “Facebook” səhifəsində Ukraynanın daxili işlər naziri Arsen Avakov açıqlama verib.

 

A. Avakov bildirib ki, “İsxod”un ofisində aparılan axtarış zamanı Ukrayna əleyhinə təbliğat materialları aşkarlanıb: “Xüsusi əməliyyat milisin operativ dəstələri və Ukrayna Təhlükəsizlik Xidmətinin regional idarəsinin qüvvələri hesabına keçirilib. “İsxod” adlanan ictimai təşkilatın fəaliyyətinə son qoyulub. Bu təşkilat bir ay əvvəl internet şəbəkəsində özünü tanıdıb. Fəaliyyətinin ilk günündən onun üzvləri dinc Xarkov regionunda təxribatçılıq fəaliyyəti həyata keçirmək niyyətlərini gizlətməyiblər”.

 

Nazir “İsxod”un lideri Novikovun saxlanıldığını da açıqlayıb: “Mən və digər xarkovlular Xarkovun “rus xalq respublikaları” tərəfindən işğal olunmuş və boşalmış şəhərlərdən birinə çevrilməsini istəmirik. Ona görə də cənab Novikov, biz buna yol verməyəcəyik”.

 

Qeyd edək ki, Xarkov vilayəti Rusiya ilə həmsərhəddir.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35