Türkiyə millisinin və Trabzonspor klubunun üzvü Burak Yılmaz həyat yoldaşı İsmət Yılmazdan boşanıb.
Lent.az gecce.com.tr-yə istinadən bildirir ki, məhkəmə tərəflərin boşanmaq qərarına müsbət cavab verib. İsmət Yılmazın 12 milyon lirə təzminat istəməsini isə məhkəmə rədd edib.
Burak Yılmaz həyat yoldaşına və oğluna 1,3 milyon təzminat və 10 min lirə aliment ödəyəcək.