Türkiyənin Şanlıurfa vilayətində zirehli polis avtomobilinin keçdiyi zaman partlayış baş verib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Viranşehir-Şanlıurfa şosesində terrorçuların yola basdırdığı partlayıcı qurğu işə düşüb.
Törədilən partlayış nəticəsində 1 polis əməkdaşı həlak olub, 3-ü yaralanıb. Terrorçuların tutulması üçün bölgədə əməliyyat başlayıb.