Türkiyənin Qaziantep vilayətində polis idarəsinə silahlı hücum olub.
Lent.az-ın Sözcü-ə istinadən məlumatına görə, Vilayət Polis İdarəsində (Əmniyyət Müdirliyi) atışma başlayıb.
Hadisə yerinə xeyli təcili tibbi yardım maşını cəlb olunub.
Hadisə zamanı 1 terrorçu öldürülüb. Bir polis əməkdaşı isə yaralanıb. Terrorçulardan biri isə hadisə yerindən qaçıb.
Xatırladaq ki, ötən ilin may ayının 1-də Qaziantep vilayətində polis idarəsinə oxşar silahlı basqın edilmişdi. Bomba yüklü avtomobil partladılmış və 3 polis şəhid olmuşdu. Aralarında yerli vətəndaş da olan 23 nəfər isə yaralanmışdı. Hadisənin İŞİD terrorçusu tərəfindən törədildiyi təsdiqlənmişdi.