Türkiyənin Suriya ilə həmsərhəd Mersin əyalətinin Tartus şəhərində İŞİD sıralarına qatılmağa cəhd edən dörd çeçen həbs edilib.
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, saxlanılan şəxslər Hatay əyalətində Türkiyə-Suriya sərhədini keçərək terror qruplaşmasına qatılmağı planlaşdırıblar. Onların üzərində saxta suriyalı qaçqınlara verilən şəxsiyyət vəsiqələri götürülüb.
Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.