Tramp miqrant axınının azalmasına sevindi
27 mart 2017 06:23 (UTC +04:00)

Tramp miqrant axınının azalmasına sevindi

0

ABŞ-a qeyri-qanuni miqrant axını azalıb.

 

APA-nın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Tvietter”ində yazıb.

 

“Daxili təhlükəsizlik naziri Con Kelli sərhəddə böyük işlər görür. Miqrantların sayı olduqca azalıb. Bir çoxları sərhədi keçməyə cəhd belə etmir”, D.Tramp yazıb.

 

Bundan əvvəl ABŞ-ın daxili təhlükəsizlik nazirliyi miqrant axınına qarşı sərhəd nəzarətini gücləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 401

Oxşar yazılar