Azərbaycanlı “qanuni oğru” “Tolik Noqinski” ləqəbli Taleh Qəribxan oğlu Dağlıyev Ukraynadan deportasiya edilib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, 32 yaşlı Dağlıyev Kiyevə toya gəlibmiş. Amma paytaxtın “Borispol” aeroportunda saxlanılan “oğru” başqa təyyarəylə Minskə yola salınıb.
Kiyev polisinə daxil olan məlumata görə, Noqinski toydan sonra hansısa “sxodka”da iştirak edəcəkmiş.
"Tolik Noqinski"yə "qanuni oğru" titulu 2014-cü ilin sentyabrında Türkiyədə verilib. Onun "xaç atası" "Blondin" ləqəbli şəxsdir. İstanbulda kriminal aləmin marağında olan "söhbət"ə görə daha iki nəfərə - "Vlad Şarap" və "Maks Pioner Penzenski"yə də ad verilib. Bundan əlavə, "qanuni oğru" adı ilə "Zabava" və "Jora Daşkəndski" də "mükafatlandırılıblar". Bu şəxslərin "təltif" olunmasına telefon vasitəsilə "Vova Puxlıy", "Turok", "Nika Qaqarinski", Namiq və "Lotu Quli" qardaşları, həmçinin gürcü Merab Mzarelua da dəstək veriblər.