Perunun Xauxa hava limanında göyərtəsində 140 sərnişinin olduğu “Peruvian Airlines” aviaşirkətinə məxsus təyyarə eniş zamanı yanıb, azı 26 nəfər xəsarət alıb.
APA-nın “La Republica” nəşrinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların arasında bir uşağın olduğu bildirilir.
Qəzanın səbəbləri müəyyənləşdirilir.
“Eniş zamanı güclü külək olub, pilot manevr etməyə çalışıb, lakin eniş zolağından kənara çıxıb. Nəticədə təyyarənin şassisi qırılıb, yanacaq çəni zədələnib və partlayış baş verib”, - deyə sərnişinlərdən biri bildirib. Pilot Deniss Xan isə eniş zamanı şassinin təkərinin partladığını iddia edir.