Tanınmış hüquq müdafiəçisi ETTELAAT-a çağırılıb
31 mart 2014 23:04 (UTC +04:00)

Tanınmış hüquq müdafiəçisi ETTELAAT-a çağırılıb

İranda tanınmış vəkil və hüquq müdafiəçisi Nəsrin Sütudə ETTELAAT-a çağırılıb.

Lent.az-ın ”“Media forum”-a istinadən məlumatına görə, vəkilin həyat yoldaşı Rza Xəndan martın 30-da “Facebook” səhifəsində xəbəri təsdiq edib: “Biz Xuzistan əyalətində səfərdə olsaq da, zəng vurub, xanımım Nəsrini və bizi qonaq edən şəxsləri ifadə vermək üçün ETTELAAT-a çağırıblar. Bir saata nazirlikdə olmağımızl tələb ediblər”.

Nəsrin Sütudənin ETTELAAT-a çağırılması onun qatıldığı bir ədəbi yığıncaqda zindanlardakı durumu pisləməsindən, ölkənin siyasi vəziyyətini tənqid etməsindən bir neçə gün sonraya təsadüf edib.

 

Həmin yığıncaqda çıxış edən Nəsrin Sütudə ölkəni “böyük bir zindan” adlandırıb: “İncəsənət istibdadla oyun qaydalarını dəyişir, onun sözünü və istəyini ciddiyə almır. Bu gün biz üzdə azadıq. Ancaq əslində böyük bir zindanda yaşayırıq. Kiməsə vəkillik etmək, ədalətin bərpasına çalışmaq başqalarından bizə çatmış əmanətdir. Biz isə bu əmanəti gələcək nəsillərə çatdıracağıq”.

Çıxışında müxalifətin 3 ildən çoxdur ev dustaqlığında saxlanan liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubini “əqidə, vicdan məhbusları” adlandıran Nəsrin Sütudə onların, həbsdə saxlanılan başqar siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.

Bir çox siyasi məhbusa vəkillik etmiş Nəsrin Sütudə insan hüquqları uğrunda dinc fəaliyyətlərinə görə 2010-cu ilin sentyabr ayında tutulub və 11 il müddətinə azadlıqdan məhrum edilib. O, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda təqsirli bilinib. Məhkəmə Nəsrin Sütudənin vəkil kimi fəaliyyət göstərməsinə və ölkədən çıxmasına 20 illik qadağa da qoyub.

Vəkil 3 il Tehranın Evin zindanında saxlanıb, beynəlxalq hüquq təşkilatlarının etirazından sonra 2013-cü il sentyabrın 18-də azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu,  axtarışa verildi

Lotereyadan 6 milyon uddu, axtarışa verildi

9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez  bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə  başlaya bilər

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi

Adana bələdiyyəsinin sədri həbs edildi

8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT:  mühərrik kişini doğradı

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı

8 iyul 2025 , 18:03