Səudiyyə Ərəbistanında yüksək rütbəli şəxslər həbs edilib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, şahzadə Əl-Valid bin Tələl bin Əbdüləziz Əl Səud və sabiq nazir İbrahim bin Əbdüləziz Əl Əsəfd hüquq mühafizə orqanları tərəfindən saxlanılıblar.
Prokurorluq orqanı onların əlaqələri və ənəlləri barədə araşdırmalara başlayıb.
Qeyd edək ki, 2 gün əvvəl Korrupsiyaya qarşı Ali Mübarizə Komitəsi hakim ailənin 11 şahzadəsi və bir çox hazırki və sabiq nazirlərin korrupsiya ittihamı ilə həbs edilməsi barədə qərar çıxarıb.