Rusiyanın tanınmış hüquq müdafiə mərkəzi “xaricilərin agenti” elan olunub
23 may 2014 23:07 (UTC +04:00)

Rusiyanın tanınmış hüquq müdafiə mərkəzi “xaricilərin agenti” elan olunub

Moskva məhkəməsi prokurorluğun tələbi ilə Rusiyanın “Memorial” hüquq müdafiə mərkəzini “xaricilərin agenti” kimi qeydiyyatdan keçməsi haqda qərar qəbul edib.

 

Lent.az-ın “RİA Novosti” -yə istinadən məlumatına görə, qurumun təmsilçisi Kirill Koroteyev məsələyə münasibətini belə açıqlayıb: “Biz xaricdən maliyyələşdirilməyimiz məsələsini mübahisə etmirik. Bununla belə prokurorluq iddia edir ki, “Memorial” siyasi fəaliyyətə cəlb edilib və buna görə də Ədliyyə Nazirliyindən xaricilərin agenti kimi qeydiyyatdan keçməlidir”.

 

O, bildirib ki, təşkilat xarici agent kimi könüllü olaraq, qeydiyyatdan keçməyəcək.

 

““Memorial” özünü xaricilərin agenti adlandıra bilməz. Bu onun nüfuzuna xələl gətirəcək” -deyə, o, vurğulayıb.

 

Mənbə xatırladıb ki, Moskva, Sankt-Peterburq, Nijeqorod, Sverdlovsk, Çelyabinsk vilayətləri, Stavropol diyarı, Tatarıstan və Çeçenistan respublikalarında 12 Qeyri-Kommersiya Təşkilatlarında yenidən yoxlamalar keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581
avatar

Oxşar yazılar