Martın 29-da Moskvada Rusiya və Türkiyə XİN-ləri arasında terror və mütəşəkkil cinayətkarlıqla mübarizəyə dair məsələ ətrafında ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçiriləcək.
APA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Danışıqlarda Rusiya tərəfini XİN rəhbərinin müavini Oleq Sıromolotov təmsil edəcək.
Qeyd edək ki, danışıqların əvvəlki raundu Ankarada 2016-cı ilin oktyabrında keçirilmişdi.