Rusiya ötən il Azərbaycana və Ermənistana nə qədər silah satıb? - SAY
10 iyun 2014 19:06 (UTC +04:00)

Rusiya ötən il Azərbaycana və Ermənistana nə qədər silah satıb? - SAY

Rusiya 2013-cü ildə Azərbaycan və Ermənistana böyük həcmdə hərbi texnika və silah sistemlərinin satışını reallaşdırıb.

 

Bu barədə APA BMT Adi Silahlar Registrinə istinadən məlumat verib.

 

Rusiyanın Registrə təqdim etdiyi hesabata görə, 2013-cü ildə rəsmi Moskva Azərbaycana 10 ədəd tank, 10 ədəd Piyadaların Döyüş Maşını, 438 ədəd artilleriya sistemi, 25 ədəd döyüş helikopteri satıb.

 

Ötən il Ermənistana satılan texnikaların sayı Azərbaycanla müqayisədə daha çox olub. Belə ki, hesabatda yer alan məlumata görə, 2013-cü ildə Rusiya Ermənistana 35 ədəd tank, 110 ədəd döyüş maşını, 50 ədəd açıqlanmayan raket buraxıcı sistem və 200 ədəd raket satışını reallaşdırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1703

Oxşar yazılar