Rusiya Milli Qvardiyasına hücumu İŞİD törədibmiş
24 mart 2017 19:19 (UTC +04:00)

Rusiya Milli Qvardiyasına hücumu İŞİD törədibmiş

İŞİD terror təşkilatı bu gün Çeçenistanda Rusiya Milli Qvardiyasının hərbi hissəsinə hücumla əlaqədar məsuliyyəti öz üzərinə götürüb.

 

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə “SITE Intellegence Group” xəbər yayıb. “SITE Intellegence Group” terrorçuların və onların tərəfdarlarının internetdəki fəaliyyəti ilə bağlı monitorinq aparır.

 

Xatırladaq ki, martın 24-nə keçən gecə bir qrup silahlı Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum edib. Nəticədə 6 hərbi qulluqçu ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 176
avatar

Oxşar yazılar