Rusiya ABŞ və Aİ ilə münasibətlərini normallaşdırılmaq istəyir
14 dekabr 2016 04:46 (UTC +04:00)

Rusiya ABŞ və Aİ ilə münasibətlərini normallaşdırılmaq istəyir

Rusiya ABŞ və Aİ ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.  

 

“İnanırıq ki, gələn il dünyadakı əsas problemlərin həllində irəliləyişlərə nail olacağıq. Rusiya ABŞ və Aİ ilə münasibətlərin hüquq bərabərliyi və tərəflərin  maraqlarının nəzərə alınması prinsipləri əsasında  normallaşdırılmasında maraqlıdır”, - deyə Lavrov bildirib.

 

XİN rəhbəri əlavə edib ki, 2016-cı il Yaxın Şərq və Ukraynadakı vəziyyətə görə mürəkkəb olub: “Lakin Rusiya ikitərəfli formatlarda və beynəlxalq təşkilatlarda balanslaşdırılmış siyasət həyata keçirib”.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar