İtaliya polisi Romada keçirilən etiraz aksiyasının 122 iştirakçısını saxlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Avropa İttifaqının sammitinin keçirildiyi Romada Aİ əleyhdarları və tərəfdarları şəhərin müxtəlif yerlərində altı irimiqyaslı aksiya təşkil ediblər. Aksiyalara ümumilikdə 25 minədək iştirakçı qatılıb.
Radikal fəalların da qatıldığı aksiyalar zamanı iğtişaşların qarşısının alınması məqsədilə 122 şəxs saxlanılıb.
Hazırda aksiyalar dinc şəraitdə davam edir, iğtişaşlar barədə məlumat verilmir.