“Exxon Mobil” neft-qaz şirkətinin rəhbəri Reks Tillerson vəzifəsini tərk edir.
APA-nın xəbərinə görə, bu barədə “Exxon” şirkətinin məlumatında bildirilir.
Məlumata görə, onu şirkətin baş icraçı direktoru və direktorlar şurasının sədri qismində Darren Vuds əvəzləyəcək.
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp R.Tillersonun dövlət katibi vəzifəsinə namizədliyini irəli sürüb. R.Tillersonun namizədliyini ABŞ Senatı təsdiqləməlidir.