Rəfsəncani bu gün dəfn ediləcək
10 yanvar 2017 07:14 (UTC +04:00)

Rəfsəncani bu gün dəfn ediləcək

İran İslam Respublikasının sabiq prezidenti, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani bu gün  dəfn ediləcək.

 

APA-nın məlumatına görə, bazar ertəsi Tehranda sabiq prezidentlə vida mərasimi keçirilib. Mərasimdə İran prezidenti Həsən Ruhani və digər rəsmi şəxslər iştirak ediblər

 

İranda Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar 3 günlük matəm elan edilib.

 

Rəfsəncani 1979-cu il İslam inqilabında fəal iştirak edib və İranın ən nüfuzlu şəxslərindən biri sayılırdı. O, 1989-1997-ci illərdə İrana rəhbərlik edib, nüvə proqramının əsasının qoyulmasında mühüm rol oynayıb.

 

Haşimi Rəfsəncani  yanvarın 8-də ürəyində yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540
avatar

Oxşar yazılar