Qızının qanını tökdü: "facebook"da yazışdığına görə
30 noyabr 2014 14:55 (UTC +04:00)

Qızının qanını tökdü: "facebook"da yazışdığına görə

Türkiyənin Bursa şəhərində ata qızını sosial şəbəkədə oğlanlarla danışdığı üçün bıçaqlayıb. Lent.az-ın milliyet.com.tr-yə istinadən verdiyi məlumata görə, 17 yaşlı A.S ürək nahiyəsindən aldığı ağır xəsarətlə Çəkirgə xəstəxanasına yerləşdirilib. Onun üezərində əməliyyat keçirilib, vəziyyəti ağır olaraq qalır.

 

Araşdırmalardan sonra qızın ögey atası tərəfindən bıçaqlanması məlum olub. Polis tərəfindən saxlanılan kişi deyib ki, qızına dəfələrlə "facebook"da oğlanlarla danışması ilə bağlı irad tutub. Qızın buna məhəl qoymadığını görən kişi onu bıçaqlamaq qərarına gəldiyini əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3609

Oxşar yazılar