Putinlə canlı efir zamanı "Çağırış Mərkəzi"nə kiberhücumlar oldu
20 iyun 2019 16:22 (UTC +04:00)

Putinlə canlı efir zamanı "Çağırış Mərkəzi"nə kiberhücumlar oldu

Rusiya prezidenti Vladimir Putinlə "Birbaşa xətt" canlı efirinin "Çağırış Mərkəzi"nə DDOS hücumları olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə canlı efirdə "Çağırış Mərkəzi"ndən sualları yönləndirən jurnalist Tatyana Remizova bildirib. Onun sözlərinə görə, "Çağırış Mərkəzi"nə DDOS hücumlar gəlməkdə davam edir.
 
Qeyd edək ki, bu gün yerli vaxtla 12:00-da Rusiya prezidenti Vladimir Putinlə "Birbaşa xətt" canlı efiri başlayıb. Putin canlı efirdə ölkə sakinlərinin telefon, internet vasitəsi ilə göndərdiyi sualları cavablandırır.
 
Xatırladaq ki, Vladimir Putinlə "Birbaşa xətt" canlı efiri 17-ci ildir ki, keçirilir.
“Rossiya seqodniya” Beynəlxalq İnformasiya Agentliyinin və RT-nin baş redaktoru Marqarita Simonyan hücumların Ukrayna tərəfdən təşkil edildiyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770
avatar

Oxşar yazılar