Rusiya hakimiyyəti heç vaxt ABŞ-ın daxili siyasətinə təsir etməyə cəhd etməyib. APA-nın xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin “Fox News” telekanalına müsahibəsində bildirib.
“Rusiya bir dövlət kimi heç vaxt ABŞ-ın daxili işlərinə müdaxilə etməyib”, deyə Putin qeyd edib.
Vladimir Putin Helsinkidə iyulun 16-da amerikalı həmkarı Donald Trampla görüşündən sonra “Fox News” telekanalına müsahibə verib.