Rusiyanın Sankt-Peterburq şəhər polisi 6 azərbaycanlını həbs edib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, həbs edilənlərin hamısı taksi sürücüləridir.
İlkin məlumata görə, onlar quldurluqda ittiham edilirlər.
Şəhər polisi saxlanılanların kimliyinə və təfərrüatlara aydınlıq gətirməyib.