Parisdəki terrorla bağlı 7 nəfər saxlanıldı - <span style="color:red;">Almaniyada
17 noyabr 2015 21:04 (UTC +04:00)

Parisdəki terrorla bağlı 7 nəfər saxlanıldı - Almaniyada

Almaniyanın Alsdorf şəhərində  Parisdə törədilən terror aktları ilə əlaqəsi olmaqda şübhəli bilinən 7 şəxs saxlanılıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Alsdorf şəhərinin daxil olduğu Axen dairəsinin polis idarəsindən bildirilib.

 

Bundan əvvəl xarici  mətbuatda qeyd olunan iş üzrə iki qadın və üç kişinin saxlanıldığı bildirilib.   

 

Məlumata görə, xüsusi təyinatlılar çoxmənzilli binada apardığı əməliyyat zamanı daha iki şəxsi saxlayıblar. Hazırda onların şəxsiyyəti və Parisdə törədilən terror aktları ilə əlaqəsi müəyyənləşdirilir.   

 

Xatırladaq ki, noyabrın 13-də Parisdə törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, azı  300 nəfər yaralanıb.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 301

Oxşar yazılar