Özbəkistanda 3 kiloqram ağırlığında limon yetişdirilib
19 mart 2017 06:53 (UTC +04:00)

Özbəkistanda 3 kiloqram ağırlığında limon yetişdirilib

Özbəkistan Milli Universiteti nəzdindəki Kimya və Fizika polimerləri Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Muxammadaziz Faxritdinov çəkisizlik şəraitində təxminən 3 kiloqram ağırlığı olan tezyetişən limon əldə edib. Bu sitrus meyvəsi keyfiyyətinə görə adi limonlardan heç nə ilə fərqlənmir.

 

AZƏRTAC-ın xəbərinə görə, M.Faxritdinov jurnalistlərə bildirib ki, bu ağırlıqda limonun yetişdirilməsi institutun kollektivinin yaratdığı “Uzxitan” preparatı sayəsində mümkün olub. O deyib ki, əvvəl zoğ əmələ gəlməsi üçün 60 gün tələb olunurdu, bu preparatın köməyi ilə bu vaxt iki dəfə tezləşib. Tinglər əvvəl istixanada yetişdirilir, sonra açıq havaya köçürülür. Üç il ərzində bu tinglərə lazımi qaydada qulluq edilərsə, onlar 10 dərəcə şaxtaya davamlı olur. Bir koldan 5 il ərzində 120-150 limon yığmaq olar. Bu sort xəstəliklərə davamlıdır, işığı və nəmişliyi sevir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar