Nebraska ştatında 28 may Azərbaycan Milli Günü elan edildi
27 mart 2017 07:41 (UTC +04:00)

Nebraska ştatında 28 may Azərbaycan Milli Günü elan edildi

ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets (Pete Ricketts) Azərbaycanın milli bayramı - Respublika Günü ilə bağlı bəyannamə imzalayaraq, 2017-ci ilin 28 may tarixini rəsmi olaraq, “Azərbaycan Milli Günü” elan edib və ştat sakinlərini bu əlamətdar günü qeyd etməyə çağırıb.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, sənəddə 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşdüyü və bütün vətəndaşlarına bərabər hüquqlar vermiş ilk dövlətlərdən biri olduğu diqqətə çatdırılıb. Eləcə də, bu respublikanın həmin dövrdə dünyanın bir çox demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı vurğulanıb. Bəyannamədə həmçinin ölkəmiz ilə ABŞ arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib.

 

Bəyannamə, eyni zamanda Nebraska ştatının dövlət katibi Con Qeyl (John  Gale) tərəfindən də imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar