Naməlum şəxslər Kiyevdə bankı ələ keçirib
13 mart 2014 05:40 (UTC +04:00)

Naməlum şəxslər Kiyevdə bankı ələ keçirib

Martın 13-də gecə saatlarında maskada olan 20 silahlı Kiyevin mərkəzində, Moskva küçəsində yerləşən Ukrayna Biznes Bankına basqın edib.

 

Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, bankın giriş qapısı faner lövhə ilə bağlanıbmış. Olay yerinə 2 milis dəstəsi yollanıb.

 

Basqınçılar girov götürdükləri gözətçilərdən birini sərbəst buraxıb. Gözətçi basqınçıların yaxşı təşkilatlandıqlarını, eləcə də avtomat və tapança ilə silahlandıqlarını söyləyib. Onun sözlərinə görə, basqınçılar  gözətçiləri tərk-silah edib, ayrıca otağa salıb. Girovluqdan buraxılan bildirib ki, maskalılar depoya keçməyə çalışırlar.

 

Mənbə, bankda elə çox pulun olmadığı bildirilib.

 

Baş nazirin keçmiş birinci müavini Sergey Arbuzovun 2003-cü ildə Ukrayna Biznes Bankı (əvvəllər «Doneççina») idarə heyətinin sədri və  prezidenti olması ilə daha çox məşhurdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1082
avatar

Oxşar yazılar