Mosul “İraq və Lavantə İslam dövləti” yaraqlılar tərəfindən ələ keçirildikdən sonra Türkiyənin İraqda, Mosul və Kərkükdəki haqları ilə bağlı məsələ yenidən gündəliyə gəlib.
Lent.az-ın Türkiyənin “Yeniakit” saytına istinadən məlumatına görə, Mosul əhalisi İraqın şimalına, Duhok və Ərbilə doğru qaçıb. Məlumata əsasən, yaraqlılar Mosulun ardınca Kərkükə də girə bilər.
Mənbə xatırladıb ki, 1926-cı ildə imzalanmış İstanbul anlaşmasına əsasən, Türkiyə Kərkük və Mosulu İraqın ərazi bütövlüyünün saxlanması şərti ilə tərk edib. Odur ki, İraqın ərazi bütövlüyü pozulduğundan, ölkə torpaqları qanunsuz silahlı qrupların nəzarəti altına keçdiyindən Türkiyənin bölgə üzərində haqları gündəliyə gəlib.
Məlumata görə, Türkiyənin Kərkük və Mosul üzərində qanuni haqqının təmininə beynəlxalq hüquq da yol verir. Başqa sözlə Türkiyə istəsə, o zaman Kərkük və Mosuldakı haqlarını gündəmə gətirərək, şəhəri nəzarət altına ala bilər.
***
21.08
İraqın baş naziri Nuri əl-Maliki islamçı sayılan qüvvələr tərəfindən ələ keçirilən, ölkənin ikinci böyük şəhəri Mosulda fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı parlamentə müraciət edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, terrorçu “əl - Qaidə"-dən ayrılan “İraq və Levante İslam dövləti” silahlı qruplaşması Mosulun əsas dövlət obyektlərini, o cümlədən bələdiyyə binası, hava limanı və bir neçə həbsxananı tutub.
Məlumata əsasən, yerli polis və hərbi qüvvələrə, eləcə də minlərlə yerli sakin şəhəri tərk edib.
Hakimiyyət təmsilçilərinin sözlərinə əsasən, yaraqlılar artıq şəhəri deyil, bütünlükdə əyaləti nəzarətə götürüb.
Xatırladaq ki, İraqın şimal əyaləti, Ninevehinin valisi Asil əl-Nujaifi deyib ki, reaktiv qumbaratanlar, snayper tüfənglər və avtomatla silahlanmış onlarla yaraqlı iyunun 9-da axşam Nineveh əyalətinin paytaxtı Mosula hücum edib.Yaraqlılar polis məntəqələrini tutublar, burdakı dustaqları buraxıblar. Eyni qayda ilə həbsxanalardakı məhbuslar da azad olunub.
Yerli sakinlərin dediyinə görə, yaraqlıların qara bayraqları var, bu da cihadçı qrupların bayrağıdır.
Mosulda binaların üstündə qar bayraqlar dalğalanır. Yaraqlılar səsgücləndiricilərlə elan ediblər ki, onlar Mosulu azad etməyə gəliblər.
İyunun 9-da səhər isə əyalətin qubernatoru əl-Nujafil televiziya ilə çıxışında bildirmişdi ki, şəhər əhalisi “əl- Qaidə”-çi yaraqlılarla vuruşacaq. Ancaq yaraqlılar gələndən sonra isə əl-Nujafil Mosuldan qaçıb.
Onun qardaşı, parlament sədri Usamə əl-Nujafil İraq hökumətini və İraqın şimalını idarə edən kürd hökumətini Mosula hərbi qüvvə göndərməyə çağırıb.
İraqın şimalının lideri Barzani isə beynəlxalq təşkilatları humanitar yardım göstərməyə çağırıb.
“Azad İraq Radiosu” müxbirinin verdiyi məlumata görə, minlərlə insan hazırda Mosulu tərk edib.
Türkiyə konsulluğunun məlumatına əsasən, Mosula dizel yanacağı aparan 28 türkiyəli k yük maşının sürücüsü orada oğurlanıb.
Mosul Bağdaddan 360 km şimal-qərbdə yerləşir. Mosul əvvəllər “əl-Qaidə”-nin mövqeyinin güclü olduğu yerdir. Şəhərin 2 milyon əhali var.
Mənbə xatırladıb ki, Mosula basqın edən “İraq və Levante İslam Dövləti” qruplaşması son vaxtlar İraqın şimalında və qərbində bir sıra hücumlara başlayıb.